Ukrayna Rusiyaya kütləvi PUA hücumu həyata keçirib
Ukrayna ötən gecə Rusiyanın müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində Sankt-Peterburqda neft terminalının yaxınlığında yanğın baş verdiyi bildirilir.
Məlumata görə, işğal altında olan Luqanskda ardıcıl partlayışlar qeydə alınıb.
Bundan başqa, PUA-ların Çuvaşıya Respublikasının hava məkanına daxil olduğu da bildirilib.
Hücumların nəticələri və mümkün dağıntılarla bağlı rəsmi məlumatlar dəqiqləşdirilir.
11:00 04.07.2026
Oxunuş sayı: 56