Girkin: Krımın itirilməsi təhlükəsi var
Krımın Rusiyanın nəzarətindən çıxması riski artıb.
Crossmedia.az xəbər verir ki, bunu Rusiyanın keçmiş təhlükəsizlik rəsmisi İqor Girkin deyib.
Onun sözlərinə görə, Ukrayna əvvəlcə hava hücumundan müdafiə və gəmi əleyhinə müdafiə sistemlərini sıradan çıxarmağa çalışır, bundan sonra isə Krıma hücum edə bilər.
Girkin bildirib ki, belə bir ssenarinin qarşısını almaq üçün görülməli olan tədbirlər aylar, hətta illər əvvəl həyata keçirilməli idi.
O, hazırkı mərhələdə də Krımın müdafiəsi üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.
“Krımı heç bir halda vermək olmaz. Bu, geri çəkilmənin son nöqtəsi olmayacaq”, – deyə Girkin əlavə edib.
11:24 04.07.2026
Oxunuş sayı: 80