Putin çıxılmaz vəziyyətdə NATO-ya qarşı riskli addım ata bilər
Rusiyanın Ukraynadakı müharibədə çıxılmaz vəziyyətə düşməsi Kremlin NATO ölkələrindən birinə qarşı riskli addım atması ehtimalını artırır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Teleqraf" nəşri məlumat yayıb.
Məlumata görə, Polşa Prezidenti Karol Nawrockinə Rusiyanın Polşanın kritik infrastrukturuna zərbə endirə və ya məhdud miqyaslı quru hücumu həyata keçirə biləcəyi barədə xəbərdarlıq ediblər. Bu iddiaların ABŞ rəsmilərinin qiymətləndirmələrinə əsaslandığı qeyd olunur.
Nəşr yazır ki, Kremlin əsas məqsədi NATO daxilində fikir ayrılığı yaratmaq və ABŞ ilə Avropa arasında parçalanmaya səbəb olmaq ola bilər.
Bildirilib ki, Rusiya artıq Avropada anbarların yandırılması, dəmir yollarında təxribatlar və poçt vasitəsilə partlayıcıların göndərilməsi kimi hibrid hücumlar həyata keçirir. Lakin bu addımlar Avropa ölkələrinin Ukraynaya dəstəyini zəiflətməyib.
Məqalədə vurğulanır ki, Moskva üçün ən az riskli ssenari Belarus və ya Kalininqrad vilayəti istiqamətindən Polşaya məhdud quru hücumu, yaxud pilotsuz uçuş aparatı ilə Polşanın enerji və ya neft obyektlərinə zərbə endirilməsi hesab olunur.
06:55 04.07.2026
Oxunuş sayı: 71