Vanadzor şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib: xəsarət alan var
Ermənistanın Vanadzor şəhərində qazdoldurma məntəqəsində partlayış qeydə alınıb.
Crossmedia.az bu barədə ˝News.am˝-a istinadən xəbər verir.
Məlumata görə, 3 iyul tarixində Lori vilayətinin operativ idarəetmə mərkəzinə Vanadzor şəhərinin Baqramyan prospektində yerləşən qazdoldurma stansiyasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal xilasetmə xidmətləri və fövqəladə hallar üzrə qruplar cəlb edilib.
İlkin məlumatlara əsasən, partlayış qazdoldurma məntəqəsinin anbar hissəsində baş verib. Nəticədə bir nəfər yaralanıb. Hadisənin səbəbləri araşdırılır.
23:45 03.07.2026
Oxunuş sayı: 63