Aİ missiyası: Ermənistanın sərhəd bölgələrində 24 saat patrul xidməti davam edir
Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının Müşahidə Missiyası (EUMA) ölkənin sərhəd bölgələrində gecə-gündüz patrul fəaliyyətini davam etdirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, missiya bu barədə X sosial şəbəkəsində paylaşım edib.
“EUMA sizə xoş həftəsonu arzulayır. Biz sərhəd bölgələrində gecə-gündüz patrul xidmətimizi davam etdiririk”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, Avropa İttifaqının Müşahidə Missiyası Ermənistanın sərhəd ərazilərində vəziyyəti izləmək və sabitliyin qorunmasına töhfə vermək məqsədilə fəaliyyət göstərir.
23:59 03.07.2026
Oxunuş sayı: 61