Ukrayna hərbçiləri arasında atışma baş verib
Xarkov şəhərində Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri arasında atışma baş verib. Hadisə nəticəsində azı bir nəfərin öldüyü bildirilir.
Crossmedia.az xəbər verir ki, “INSIDER UA” bu barədə məlumat yayıb.
Məlumata görə, insident oktyabrın 2-nə keçən gecə şəhərin Sumski küçəsində baş verib. Atışmada Ukrayna Silahlı Qüvvələrinin “Azov” veteranları tərəfindən yaradılan 3-cü əlahiddə hücum briqadasının və Ukrayna Milli Qvardiyasının 13-cü “Xartiya” briqadasının hərbçilərinin iştirak etdiyi bildirilib.
Atışmada neçə nəfərin iştirak etdiyi açıqlanmayıb. Yaralıların sayı barədə də məlumat verilmir. Hadisə nəticəsində bir nəfərin öldüyü qeyd olunur.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Xarkov yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə zərbələr endirildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, hücum çoxməqsədli idarəolunan raketlər və UMPC ilə təchiz edilmiş FAB aviasiya bombaları ilə həyata keçirilib.
19:08 03.10.2026
Oxunuş sayı: 49