Trampın qalacağı hotelin yaxınlığında yanğın baş verib
Ankarada NATO sammiti zamanı ABŞ Prezidenti Donald Trampın qalacağı hotelin yaxınlığında yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə T24 məlumat yayıb.
Məlumata görə, yanğın JW Marriott hotelinin yaxınlığında yerləşən binada qeydə alınıb. Hazırda yanğının başvermə səbəbi məlum deyil.
Bildirilib ki, yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində işləri davam etdirirlər.
Hadisə nəticəsində xəsarət alanlar və ya alovun ətraf ərazilərə yayılması ilə bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, NATO-nun sammiti iyulun 7–8-də Ankarada keçiriləcək. Sammitdə alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının, o cümlədən ABŞ Prezidenti Donald Trampın iştirakı gözlənilir. Tədbir ərəfəsində şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
09:29 04.07.2026
Oxunuş sayı: 68