"Neftçi" Fransada Dünya Qadın Seriyasında 1/4 finala vəsiqə qazanıb
İyulun 3-də 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Marsel (Fransa) mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.
Crossmedia.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" klubu ilk qrup oyununda Macarıstan yığmasına əlavə vaxtın sonunda 19:18, ikinci qrup oyununda isə Slovakiya millisinə 21:14 hesabı ilə qalib gəlib.
"Neftçi" bununla da qrup lideri olaraq 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, "Neftçi" bu mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq.
22:29 03.07.2026
Oxunuş sayı: 56