TƏBİB-də vəzifəli şəxs işdən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu vəzifəsindən ayrılıb.
Crossmedia.az xəbər verir ki, o bu barədə sosial media hesabında məlumat verib.
Qeyd edək ki, E.Hidayətoğlu 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
Xatırladaq ki, o, TƏBİB-də İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə bu ilin aprelində təyin edilmişdi.
17:26 01.07.2026
Oxunuş sayı: 51