Ermənistan XİN: TRIPP layihəsi ilə bağlı Rusiya ilə heç bir problem yoxdur
Ermənistan Xarici İşlər nazirinin müavini Mnatsakan Safaryan bildirib ki, TRIPP layihəsi hazırda Avrasiya İqtisadi İttifaqının (Aİİ) hüquqi tənzimlənməsi çərçivəsində həyata keçirilir və bu məsələ ilə bağlı Rusiya ilə hər hansı problem yaşanmır.
Crossmedia.az xəbər verir ki, bu barədə Safaryan parlamentdə jurnalistlərə açıqlamasında deyib.
Nazir müavininin sözlərinə görə, Aİİ çərçivəsində gömrük tənzimlənməsi üzv ölkələrin gömrük orqanları tərəfindən həyata keçirilir.
“Gömrük tənzimlənməsini bizim gömrük orqanlarımız həyata keçirir. Buna görə də burada heç bir problem görmürük”, – deyə Safaryan vurğulayıb.
15:07 01.07.2026
Oxunuş sayı: 59