Netanyahu: İran, HƏMAS və “Hizbullah”la müharibə başa çatmayıb
İsrailin Baş naziri Benyamin Netanyahu İran, HƏMAS və “Hizbullah”a qarşı aparılan mübarizənin hələ də davam etdiyini və ölkəsinin əvvəlkindən daha güclü olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, "Channel 14" bu barədə məlumat yayıb.
Netanyahu telekanala müsahibəsində İran, HƏMAS və “Hizbullah”a qarşı müharibələrin başa çatıb-çatmadığı ilə bağlı suala cavab olaraq bildirib ki, bu mübarizə heç vaxt tam bitməyəcək.
“Yaxın Şərqdə və ümumiyyətlə dünyada yaşamaq istəyirsinizsə, çox güclü olmalısınız”, – o qeyd edib.
Baş nazir İsrailin bu istiqamətlərdə böyük uğurlar əldə etdiyini, qarşısındakı təhlükələri dəf etdiyini və onları əhəmiyyətli dərəcədə zəiflətdiyini bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə İranın formalaşdırdığı oxun qalan hissəsi ilə bağlı tədbirlər görülməli və yeni sülh sazişlərinin bağlanması üçün yaranmış imkanlardan istifadə edilməlidir.
12:05 01.07.2026
Oxunuş sayı: 44