500 kiloqrama yaxın yararsız at əti dövriyyədən çıxarılıb - SORĞU
İctimai iaşə müəssisələrində aparılan yoxlamalar zamanı 500 kiloqrama yaxın yararsız at əti dövriyyədən çıxarılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Crossmedia.az-ın sorğusuna cavab verilib.
Bildirilib ki, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq cəza tədbirləri görülüb.
Qeyd edək ki, bu günlərdə AQTA sədri Qoşqar Təhməzli yerli media orqanlarına müsahibəsində qeyd edib ki, 7500 restoran və kafedə monitorinq aparılıb, 626 müəssisədə yararsız ət aşkarlanıb.
Ayhan
11:08 01.07.2026
Oxunuş sayı: 60