DÇ-nin ən uğurlu proqnozçusu bu dəfə yanıldı
Niderland millisi futbol üzrə dünya çempionatında pley-offun ilk mərhələsində Mərakeşə penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb.
Crossmedia.az xəbər verir ki, komandanın erkən mübarizəni dayandırmasından sonra bəzi niderlandlı azarkeşlər məğlubiyyətə görə alman alim Yoahim Klementi günahlandırırlar.
Klement daha əvvəl 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarının qaliblərini düzgün proqnozlaşdırması ilə tanınır. O, builki mundialdan əvvəl hesablamalarına əsasən Niderlandın çempion olacağını, finalda isə Portuqaliya ilə qarşılaşacağını proqnozlaşdırmışdı.
Alim proqnozlarını hazırlayarkən adambaşına düşən ÜDM, futbol infrastrukturunun inkişaf səviyyəsi, milli komandaların reytinqi, əhalinin sayı, eləcə də təsadüf və şans amillərini nəzərə aldığını bildirib. Lakin bu dəfə onun proqnozu özünü doğrultmayıb.
00:18 01.07.2026
Oxunuş sayı: 45