Amerika bu çətin dövrdə Venesuela xalqını dəstəkləyir - Rubio
ABŞ Venesuelada yaranmış vəziyyətlə əlaqədar ölkəyə humanitar yardım göndərməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.
Onun sözlərinə görə, Prezident Donald Trampın göstərişi ilə ABŞ Dövlət Departamenti Venesuelaya dərhal axtarış-xilasetmə qrupları, tibbi resurslar və humanitar yardım göndərir.
“Amerika bu çətin dövrdə Venesuela xalqını dəstəkləyir”, - deyə Rubio bildirib. Yardımın fəlakətin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə dəstək məqsədi daşıdığı vurğulanıb.
13:56 25.06.2026
Oxunuş sayı: 47