Netanyahu: İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik
İsrailin baş naziri Benyamin Netanyahu Livanda təhlükəsiz zona saxlayacağına və İranın nüvə silahı əldə etməsinin qarşısını alacağına söz verib.
Baş nazir İsrailin Qəzza zolağı, Livan, Suriya və İranda əməliyyatlardan çəkinmək çağırışlarına qarşı çıxdığını qeyd edib. O, əldə edilən nəticələrin bu kursun düzgünlüyünü təsdiqlədiyini bildirib. Netanyahu, həmçinin dron əleyhinə texnologiya üzərində işlərin davam etdiyini elan edib və bu layihəni milli təhlükəsizliyin əsas sahəsi adlandırıb.
"Mən baş nazir olduğum müddətcə İran nüvə silahı əldə etməyəcək və Şimali İsrailin təhlükəsizliyi təmin ediləcək", - deyə Netanyahu bəyan edib.
12:58 25.06.2026
Oxunuş sayı: 50