Zərəri ödəməyən məhkumlar üçün güzəşt ləğv edildi
Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev korrupsiya xarakterli bir sıra cinayətlərə görə məsuliyyətin gücləndirilməsini nəzərdə tutan qanunu imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Yeni qanuna əsasən, vəzifə səlahiyyətlərindən istifadə etməklə mənimsəmə və ya israfetmə hallarına görə 10 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Dələduzluq cinayətinə görə isə 8 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulur.
Bundan əlavə, mənimsəmə, israfetmə və ya dələduzluğa görə məhkum olunmuş şəxslər vurduqları zərəri tam şəkildə ödəməyənədək şərti vaxtından əvvəl azadlığa buraxıla bilməyəcəklər.
Qanuna görə, təkrar rüşvətxorluq, rüşvət vermədə vasitəçilik, eləcə də xüsusilə külli miqdarda və ya təhlükəli residivist tərəfindən törədilən bu qəbildən olan cinayətlərə görə məhkum edilən şəxslərə də şərti vaxtından əvvəl azadlığa buraxılma tətbiq olunmayacaq.
12:38 25.06.2026
Oxunuş sayı: 49