AEBA İranın nüvə obyektlərini yoxlamağa hazırlaşır
Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi agentlik müfəttişlərinin İranın uran zənginləşdirmə obyektlərini ziyarət edəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Qrossi bu barədə Yaponiyanın Fukuşima Daiçi Atom Elektrik Stansiyasında keçirilən mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, ABŞ və İran arasında müharibəyə son qoymaq məqsədilə əldə edilmiş müvəqqəti razılaşmada nüvə fəaliyyətlərinin AEBA tərəfindən izlənilməsi nəzərdə tutulub.
“İki prezident tərəfindən imzalanmış anlaşma memorandumu var və orada nüvə fəaliyyətlərinin AEBA tərəfindən monitorinq ediləcəyi qeyd olunub. Aydındır ki, bunun üçün yoxlamalar aparmalıyıq. Bunun sabah, bir həftə və ya 10 gün sonra baş verməsinin fərqi yoxdur”, - deyə Qrossi bildirib.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın AEBA müfəttişlərinin ölkənin nüvə obyektlərini ziyarət etməsinə icazə verməyi planlaşdırmadığını açıqlamışdı.
11:48 25.06.2026
Oxunuş sayı: 58