Zelenski: Rusiyanın 60-dan çox regionunda yanacaq qıtlığı yaşanır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 60-dan çox regionunda yanacaq qıtlığının müşahidə olunduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Zelenskinin sözlərinə görə, bu vəziyyət Rusiya Prezidenti Vladimir Putinin müharibəni davam etdirməsinin nəticəsidir.
Ukrayna lideri, həmçinin qeyd edib ki, ölkənin kəşfiyyat və hərbi qurumlarına Rusiyanın müharibə imkanlarını artırmaq üçün istifadə etdiyi obyektlərə qarşı qabaqlayıcı tədbirlər görmək tapşırılıb.
Onun iddiasına görə, Rusiya rəhbərliyi Moskva bölgəsinə, Valday ərazisinə və Kerç boğazındakı körpünün ətrafına əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirir. Bu məqsədlə digər istiqamətlərdən hava hücumundan müdafiə vasitələrinin həmin ərazilərə köçürüldüyü bildirilir.
Zelenski bildirib ki, təkcə Moskva vilayətinə S-400, S-500 və “Pantsir” sistemləri üçün yüzlərlə buraxılış qurğusu cəmləşdirilib. Onun sözlərinə görə, Valday bölgəsində də Rusiya rəhbərliyinin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi hava hücumundan müdafiə diviziyası yaradılır.
10:32 25.06.2026
Oxunuş sayı: 46