Özbəkistan və Yaponiya şirkətləri birgə layihələr üzrə razılığa gəlib
Özbəkistan bir sıra Yaponiya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəlib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyəti nazir Laziz Kudratov başçılığı ilə Yaponiyaya səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti iri Yaponiya şirkətlərinin təmsilçiləri ilə danışıqlar aparıb.
Tərəflər enerji, maliyyə, bank xidmətləri, mikromaliyyə, logistika, səhiyyə, qida sənayesi və biotexnologiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bildirilib ki, razılaşmalar əldə olunsa da, tərəfdaş şirkətlərin adları və imzalanan sənədlərin detalları açıqlanmayıb.
22:35 24.06.2026
Oxunuş sayı: 61