Qətərin baş naziri: ABŞ və İran arasında birbaşa xətt yaradılır
Qətər ABŞ və İran arasında birbaşa əlaqə kanalının yaradılmasını təklif edib.
Crossmedia.az bu barədə xəbər verir ki, Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, belə bir rabitə xətti Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması və mümkün anlaşılmazlıqların qarşısının alınması üçün vacib ola bilər.
Onun sözlərinə görə, İsveçrədə aparılan danışıqlarda da müzakirə edilən təşəbbüs dezinformasiyanın qarşısını almağa və boğazda mina təmizləmə əməliyyatları zamanı koordinasiyanı gücləndirməyə xidmət edə bilər.
Nazir qeyd edib ki, bu qaynar xətt xüsusilə risk altında olan gəmilərin İran tərəfindən yoxlanılması və onların təhlükəsiz şəkildə hərəkətini davam etdirməsi üçün nəzərdə tutulur.
22:08 24.06.2026
Oxunuş sayı: 53