Tramp administrasiyası Türkiyə ilə 700 milyon dollarlıq razılaşmaya yaxınlaşır
ABŞ prezidenti Donald Tramp administrasiyasının Türkiyənin KAAN döyüş təyyarəsi üçün GE şirkətinə məxsus aviasiya mühərriklərinin satışı üzrə 700 milyon dollardan çox dəyəri olan razılaşmanı yekunlaşdırmağa yaxın olduğu bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, sövdələşmə Türkiyənin GE Aerospace mühərriklərini əhatə edir və yaxın günlərdə tamamlanması gözlənilir.
Razılaşmanın NATO sammitindən əvvəl başa çatdırıla biləcəyi qeyd olunur.
21:44 24.06.2026
Oxunuş sayı: 42