Dayandırın dedilər, biz isə başladıq – Netanyahu açıqladı
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ tərəfindən edilən bəzi hərbi tövsiyə və xəbərdarlıqlara əvvəl də məhəl qoymadıqlarını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, Suriyada əməliyyata başlamazdan əvvəl İsrailə ölkə ərazisinə daxil olmamaq barədə xəbərdarlıqlar edilib. Bu addım qeyri-rasional və əsassız kimi qiymətləndirilsə də, İsrail əməliyyatı tam gücü ilə həyata keçirib.
Netanyahu həmçinin Rəfah ətrafındakı vəziyyəti də şərh edib. Onun sözlərinə görə, əməliyyata başlamamaq tövsiyə edilib və bu, ABŞ prezidentinin İsrailə silah tədarükünü dayandıra biləcəyi ehtimalı ilə əlaqələndirilib. Buna baxmayaraq, İsrail rəhbərliyi Rəfaha daxil olmaq qərarı verib.
21:18 24.06.2026
Oxunuş sayı: 57