İraq Baş naziri: ABŞ ilə münasibətlər yeni mərhələyə keçir
İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani ABŞ ilə münasibətlərdə mühüm dəyişiklik olacağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. O bildirib ki, ABŞ ilə əlaqələr hərbi əməkdaşlıq mərhələsindən iqtisadi tərəfdaşlıq mərhələsinə keçəcək.
Baş nazirin sözlərinə görə, bu dəyişiklik İraq–ABŞ münasibətlərində yeni səhifə açacaq və tərəflər arasında əməkdaşlığın daha çox iqtisadi və investisiya yönümlü inkişafına şərait yaradacaq.
20:38 24.06.2026
Oxunuş sayı: 51