Rusiyada yanacaq böhranı dərinləşir
Rusiyada aviasiya yanacağı ilə bağlı vəziyyət kritik həddə çatıb.
Crossmedia.az verir ki, bu barədə Rusiyanın Azimut Airlines aviaşirkəti məlumat yayıb.
Şirkətin açıqlamasında bildirilir ki, aviasiya yanacağının çatışmazlığı və qiymət artımı səbəbindən uçuşların həyata keçirilməsi artıq bütün iqtisadi mənasını itirir.
Azimut yaranmış vəziyyətin aviaşirkətlərin fəaliyyətinə ciddi təsir göstərdiyini vurğulayıb. Şirkət hesab edir ki, mövcud problemlər aradan qaldırılmasa, hava daşımaları sektorunda daha ciddi çətinliklər yarana bilər.
Məsələ ilə bağlı Rusiya hakimiyyət orqanlarının hansı addımları atacağı hələlik açıqlanmayıb.
19:44 24.06.2026
Oxunuş sayı: 52