Aİ Ursula fon der Leyenin Makronla gizli yazışmalarını araşdırır
Avropa İttifaqında(Aİ) Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında aparılan yazışmalarla bağlı araşdırmaya başlanılıb.
Crossmedia.az bu barədə xəbər verir ki, ˝Zeitung˝ nəşrinin məlumatına görə, Ursula fon der Leyenin fəaliyyəti yenidən araşdırma predmetinə çevrilib. Məlumata əsasən, bu dəfə diqqət mərkəzində Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Ciorcia Meloni, Böyük Britaniyanın baş naziri Keir Starmer və Volodimir Zelenskinin yer aldığı qapalı qrup çatındakı yazışmalar olacaq.
Araşdırmanın detalları hələlik açıqlanmasa da, məsələ Avropa siyasi dairələrində ciddi müzakirələrə səbəb olub.
19:08 24.06.2026
Oxunuş sayı: 45