Trampdan mesaj: İran heç vaxt nüvə silahı əldə etməyəcək
ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı paylaşdığı videoçarxla diqqət mərkəzinə düşüb.
Crossmedia.az-ın məlumatına görə, Tramp özünün “Truth Social” platformasında yayımladığı videoda İranın nüvə proqramı və ABŞ-İran münasibətlərinə toxunub. Paylaşım Vaşinqton və Tehran arasında mümkün razılaşma ehtimalının müzakirə olunduğu dövrə təsadüf edib.
Videoçarxda “1979-cu ildən bəri saat işləyir. İran 47 ildir hər il amerikalıları öldürür. Keçmiş prezidentlər İrana güzəştə gedərkən, İran nüvə silahı əldə etməyə çalışırdı” ifadələri yer alıb.
Çarxın sonunda isə “İran nə vaxt nüvə silahı əldə edəcək?” sualı səsləndirilib. Ardınca ekranda görünən saatın çəkiclə dağıdıldığı göstərilib və “Heç vaxt” ifadəsi eşidilib.
Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və İranın nüvə proqramı ilə bağlı ABŞ administrasiyasının sərt mövqeyinin növbəti nümayişi kimi qiymətləndirilib.
16:58 24.06.2026
Oxunuş sayı: 57