Tramp: İran ABŞ ilə razılığa gəlmək üçün demək olar ki, hər şeyə hazır idi, amma...
ABŞ prezidenti Donald Tramp Senatın İrana qarşı hərbi səlahiyyətlərin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməsini tənqid edib və bu addımın Tehranla aparılan danışıqlara mənfi təsir göstərə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Tramp qeyd edib ki, ABŞ-nin təzyiqləri nəticəsində İran Vaşinqtonla razılığa gəlmək üçün demək olar ki, hər şeyə razı olmağa hazır vəziyyətə gətirilmişdi.
O bildirib ki, Senatın müharibə səlahiyyətləri ilə bağlı qətnaməni səsverməyə çıxarması İrana yanlış mesaj verib. Onun sözlərinə görə, bu addım Vaşinqtonun Tehrana qarşı mövqeyini zəiflədib və danışıqlar prosesinə mənfi təsir göstərib.
Məlumata görə. Tramp qətnamənin lehinə səs verən dörd respublikaçı senatoru da tənqid edib. O vurğulayıb ki, həmin senatorlar demokratlarla birlikdə hərəkət edərək danışıqların gedişatını çətinləşdiriblər.
16:40 24.06.2026
Oxunuş sayı: 45