ABŞ İranın dəstəklədiyi qrupları hədəf aldı
ABŞ dövlət katibi Marko Rubio İranın dəstəklədiyi silahlı qrupların fəaliyyəti məsələsinin Tehranla aparılan danışıqlarda gündəmə gətiriləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Yaxın Şərq turnesi çərçivəsində Əbu-Dabidə jurnalistlərə açıqlama verən Rubio qeyd edib ki, İranın dəstəklədiyi qruplar İraq ərazisindən raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyi müddətdə regionda qarşıdurma və gərginliyə son qoymaq mümkün olmayacaq.
ABŞ dövlət katibinin sözlərinə görə, İranın yenidənqurma prosesinə dəstək məsələsi ilk növbədə təhlükəsizlik problemlərinin həllindən asılıdır. O vurğulayıb ki, Vaşinqton belə bir yenidənqurma prosesinin maliyyələşdirilməsində iştirak etmir.
Rubio əlavə edib ki, İranla bağlı gələcək müzakirələrin istiqaməti İslam Respublikasının atacağı addımlardan və nümayiş etdirəcəyi davranışdan asılı olacaq.
16:20 24.06.2026
Oxunuş sayı: 42