Lavrov: Trampın Ukraynaya “yaşıl işıq” yandırdığı barədə məlumatlar əsassızdır
Rəsmi Moskva ABŞ Prezidenti Donald Trampın Ukraynaya Rusiya əleyhinə hərbi əməliyyatları daha da sərtləşdirmək üçün yaşıl işıq yandırdığına dair bəzi KİV-lərdə yayılan məlumatları tənqid edib.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıb.
Lavrov bildirib ki, bu cür xəbərlər arzu olunanı gerçəklik kimi təqdim etmək cəhdidir və mövcud vəziyyəti düzgün əks etdirmir.
Nazirin sözlərinə görə, mediada yayılan bu iddialar faktlara deyil, müəyyən dairələrin gözləntilərinə əsaslanır.
15:14 24.06.2026
Oxunuş sayı: 53