Aİ üçün ən mürəkkəb namizədlərdən biri Ukraynadır
Ukrayna Avropa İttifaqına üzvlük yolunda digər namizəd ölkələrlə müqayisədə daha çox çətinlik yaradır.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri yazıb. Məqalədə qeyd olunur ki, bunun əsas səbəbləri ölkənin yekun sərhədləri ilə bağlı qeyri-müəyyənlik, müharibədən sonrakı bərpa xərclərinin yüksək olması və ukraynalıların Aİ ölkələrinə kütləvi miqrasiyası riskidir.
Nəşrin qiymətləndirməsinə görə, Avropa ölkələri Ukrayna vətəndaşlarının sosial ödənişlər və güzəştlərdən yararlanmaq üçün üzv dövlətlərə axın etməsi ehtimalını da nəzərə alırlar.
Məqalədə vurğulanır ki, bu amillər Ukraynanın Aİ-yə inteqrasiya prosesini digər namizəd ölkələrlə müqayisədə daha mürəkkəb edir.
14:50 24.06.2026
Oxunuş sayı: 50