G7 Ukraynaya maliyyə dəstəyini artırır
G7 ölkələri bu il Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına 6,6 milyard dollar kredit ayırıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu mexanizm çərçivəsində Ukraynaya ayrılan vəsaitin ümumi həcmi artıq 45,5 milyard dollara çatıb.
Maliyyə dəstəyinin Ukraynanın büdcə ehtiyaclarının qarşılanması, iqtisadi sabitliyin qorunması və bərpa proseslərinin maliyyələşdirilməsi məqsədilə istifadə olunduğu bildirilir.
14:35 24.06.2026
Oxunuş sayı: 49