Rusiya cəbhədə vəziyyətin Kiyev üçün hər gün daha da pisləşdiyini iddia edir
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna üçün cəbhədəki vəziyyət gündən-günə ağırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, mövcud tendensiya davam edərsə, yaxın vaxtlarda Kiyev üçün cəbhədəki vəziyyət geri dönməz xarakter ala bilər.
Peskov açıqlamasında Rusiyanın müxtəlif istiqamətlərdə irəliləyiş əldə etdiyini iddia edib.
12:30 24.06.2026
Oxunuş sayı: 54