Ukrayna PUA-ları Orenburq yaxınlığındakı qaz emalı zavodunu hədəf aldı
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Orenburq vilayətində yerləşən qaz emalı zavoduna zərbə endirib. Məlumata görə, Qazprom Pererabotka MMC-yə məxsus müəssisənin sənaye zonasında bir neçə yanğın ocağı qeydə alınıb.
Crossmedia.az xəbər verir ki bu barədə xarici media məlumat verib.
Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev bildirib ki, vilayət mərkəzində yerləşən sənaye müəssisəsinin üzərində bir neçə pilotsuz uçuş aparatı məhv edilib. Onun sözlərinə görə, hadisə yerində fövqəladə və operativ xidmətlərin əməkdaşları işləyir.
Hadisənin nəticələri və mümkün zərər barədə əlavə məlumatın araşdırıldığı qeyd olunur.
11:20 24.06.2026
Oxunuş sayı: 57