Leninqradda vurulan PUA-lara görə 100 min rubl mükafat veriləcək
Rusiyanın Leninqrad vilayətində pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsinə görə pul mükafatı tətbiq olunub.
Crossmedia.az xarici KİV-ə istinadən Vilayət qubernatoru Aleksandr Drozdenkonun açıqlamasına əsasən, hava hədəflərinin zərərsizləşdirilməsi ilə məşğul olan atəş qruplarının üzvlərinə hər vurulan pilotsuz uçuş aparatına görə 100 min rubl (təxminən 2 300 manat) ödəniləcək.
Məlumata görə, qərar regionun hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və PUA təhlükəsinə qarşı mübarizənin təşviq edilməsi məqsədi daşıyır.
10:15 24.06.2026
Oxunuş sayı: 44