Ukraynanın zərbələrindən sonra işğal altındakı Sevastopol və Xersonun bir hissəsi işıqsız qaldı
Rusiyanın işğalı altında olan Sevastopol şəhərində Ukraynanın endirdiyi zərbələrdən sonra genişmiqyaslı elektrik kəsintisi baş verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki , məlumata görə , elektrik enerjisinin verilməsində yaranan problemlər səbəbindən Sevastopolda elektrik nəqliyyatı fəaliyyətini dayandırıb.
Qeyd edək ki , elektrik enerjisinin kəsilməsi Rusiyanın nəzarəti altında olan Xerson vilayətinin bir hissəsinə də təsir edib. Hazırda bölgələrdə enerji təchizatının bərpası istiqamətində işlərin aparıldığı bildirilir.
09:50 24.06.2026
Oxunuş sayı: 58