Pezeşkian: İslam ölkələri ilə əməkdaşlıq yeni regional təhlükəsizlik imkanları yarada bilər
İrana Prezidenti Məsud Pezeşkian bildirib ki, İran Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə daxil olmaqla İslam ölkələri ilə dostluq və əməkdaşlığı genişləndirməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, bu addım qarşılıqlı anlaşmanı gücləndirə və regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edə bilər. O, həmçinin İslam ümmətinin birliyinin ümumi çağırışlara qarşı mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
09:15 24.06.2026
Oxunuş sayı: 48