Suriya Prezidenti Ankaraya səfər edə bilər
Suriya Prezidenti Əhməd Əş Şara 7–8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankaraya səfər edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, həmin tarixlərdə Türkiyə NATO sammitinə ev sahibliyi edəcək. Bildirilir ki, səfər formal olaraq sammitlə birbaşa bağlı olmasa da, tədbir çərçivəsində aparılacaq danışıqların Suriya liderinin beynəlxalq mövqelərinin güclənməsinə təsir göstərə biləcəyi qeyd olunur.
23:39 23.06.2026
Oxunuş sayı: 57