Pakistan Baş naziri Qərbə səsləndi: İran niyə fərqli rəftar görür?
Pakistanın Baş naziri Şahbaz Şərif bəyan edib ki, bəzi ölkələrin ballistik raketlərə sahib olmasına icazə verilib, lakin İranın bu hüquqdan məhrum edilməsi ikili standartların tətbiqi deməkdir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şərif vurğulayıb ki, beynəlxalq münasibətlərdə ayrı-seçkiliyə yol verilməməli, bütün dövlətlərə eyni meyarlarla yanaşılmalıdır. Onun sözlərinə görə, bir sıra ölkələrin ballistik raket arsenalına malik olduğu halda, İranın bu imkanlardan məhrum edilməsinin tələb olunması ədalətli yanaşma sayıla bilməz.
23:38 23.06.2026
Oxunuş sayı: 55