İranın yeni dron taktikası ABŞ-nin narahatlığını artırıb
İran dron sürülərini vahid koordinasiyalı sistem kimi idarə etmə qabiliyyəti əldə etmiş ola bilər.
Crossmedia.az xəbər verir ki, CNN-in məlumatına görə, apreldə İran üzərində vurulan F-15 qırıcısının pilotu katapult olunmazdan əvvəl İran pilotsuz uçuş aparatlarının vahid sistem kimi hərəkət edən bir qrupunu gördüyünü bildirib. Pilot bu formasiya barədə kəşfiyyata məlumat verib.
CNN-in mənbələrindən biri bunu böyük PUA-ların altında kiçik dronların yerləşdiyi, tentakullara bənzər struktur kimi təsvir edib. Digər mənbə isə bunu havada minalanmış zona kimi qiymətləndirib.
ABŞ kəşfiyyatında hazırda bu görüntülərin yeni İran texnologiyası, sınaq sistemi, yoxsa pilotun travma sonrası yanlış qavrayışı olub-olmaması müzakirə edilir.
Ekspertlər bu iddianın doğru olduğu təqdirdə, İranın dron sürüləri texnologiyasında ciddi irəliləyiş əldə etdiyini bildirirlər. Bu sistem bir neçə PUA-nın koordinasiyalı şəkildə hərəkət edərək vahid orqanizm kimi hücum etməsinə imkan yaradır.
21:54 23.06.2026
Oxunuş sayı: 50