Hörmüz boğazında yeni dövr: İran və Oman dünya ticarətini dəyişə bilər
İran və Oman Hörmüz boğazının gələcəkdə birgə administrasiyasının yaradılması niyyətini təsdiqləyən birgə bəyanat yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tərəflər regionda strateji əhəmiyyətə malik olan Hörmüz boğazının idarə olunması üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu təşəbbüs dəniz təhlükəsizliyinin təmin edilməsinə və tranzit axınlarının daha səmərəli tənzimlənməsinə yönəlib.
Bəyanatda həmçinin dəniz xidmətləri üçün ödənişlərin beynəlxalq standartlara uyğun şəkildə tətbiq olunacağı da dolayı yolla təsdiqlənib.
Hörmüz boğazı dünya neft daşımalarının əsas marşrutlarından biri hesab olunur və regionda təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Sazişdə tərəflərin gələcəkdə idarəetmə mexanizmlərinin detalları üzrə danışıqları davam etdirəcəyi də qeyd edilib.
Razılaşma həm İran, həm də Oman arasında regional əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilir.
20:40 23.06.2026
Oxunuş sayı: 41