Tehranda çörəyin qiyməti 100 faiz artıb
İranın paytaxtı Tehran vilayətində çörəyin qiymətində kəskin artım qeydə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, çörək qiymətləri rəsmi şəkildə artırılıb və bu qərar daha əvvəl ölkənin digər bölgələrində başlayan bahalaşma dalğasının davamı kimi qiymətləndirilir.
İran Sənaye Palatasının un və çörək işçi qrupunun rəhbəri Məhəmməd Cavad Kərimi bildirib ki, Tehranda yuxa çörəyinin qiyməti 2 700 tümən, bərbəri çörəyinin qiyməti 10 000 tümən, səngək çörəyinin qiyməti isə 15 500 tümənə yüksəlib.
Qeyd olunur ki, Tehrandan əvvəl Qərbi Azərbaycan, Mazandaran, Məşhəd və Həmədan daxil olmaqla bir sıra bölgələrdə də çörək qiymətlərinin artması müşahidə olunub.
Çörək ölkədə aşağı gəlirli ailələr üçün əsas və ən əlçatan qida məhsullarından biri hesab olunur. Son hesabatlarda bir çox ailələrdə qida rasionunun məhdudlaşdığı, ət, süd məhsulları və meyvənin istehlakının azaldığı, çörəyin isə əsas qida mənbəyinə çevrildiyi qeyd edilir.
20:18 23.06.2026
Oxunuş sayı: 45