İran nüvə yoxlamalarına razılıq verib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran gələcəkdə ən yüksək səviyyəli nüvə yoxlamalarının keçirilməsinə tam razılıq verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, bu barədə “Truth Social” platformasında paylaşım edib və bəzi media qurumlarının Vaşinqtonun əldə etdiyi nəticələrin əhəmiyyətini azaltmağa çalışdığını iddia edib.
Trampın sözlərinə görə, İranın etdiyi güzəştlər nəzərə alınaraq Hörmüz boğazında tətbiq olunan blokadanın qaldırılmasına qərar verilib. O əlavə edib ki, zərurət yaranacağı təqdirdə blokada yenidən bərpa oluna bilər.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, ayrılan vəsaitlər və sanksiyalar çərçivəsində formalaşan maliyyə vəsaitləri xüsusi depozit hesabına yönləndiriləcək. Bu vəsaitlərdən yalnız ABŞ-dən ərzaq, tibbi ləvazimat və kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə ediləcəyi bildirilib.
Tramp İranın ciddi humanitar problemlərlə üzləşdiyini deyərək yardımın vacibliyini vurğulayıb və Tehranla aparılan danışıqların yaxşı getdiyini qeyd edib.
19:46 23.06.2026
Oxunuş sayı: 46