İran bütün uçuş məhdudiyyətlərini götürdü
İranda ölkənin bütün ərazisi üzərində hava hərəkəti bərpa edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, ölkə üzrə uçuşlara tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb və hava məkanı yenidən tam şəkildə istifadəyə verilib.
Qurum əlavə edib ki, uçuşların bərpası aviasiya təhlükəsizliyinin təmin olunmasından sonra mümkün olub.
19:30 23.06.2026
Oxunuş sayı: 45