İranda banklara kiberhücum edilib
İranda bir neçə bank kiberhücuma məruz qalıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Milli, Tejarət, Saderat və Mellat bankları da daxil olmaqla bir sıra maliyyə qurumlarında kart əməliyyatları və mobil bankçılıq xidmətlərində ciddi nasazlıqlar yaranıb. Bildirilir ki, bu problemlər bankların ehtiyat (backup) sisteminə edilən kiberhücum nəticəsində baş verib.
Məlumat sızmasının qarşısını almaq məqsədilə İnformatika Xidmətləri Şirkəti ehtiyat sistemi müvəqqəti olaraq istifadədən çıxarıb.
Hadisə nəticəsində ölkə üzrə bir sıra bank xidmətlərində fasilələr və məhdudiyyətlər qeydə alınıb.
19:08 23.06.2026
Oxunuş sayı: 54