Tramp açıqladı: İran nüvə yoxlamalarına razı oldu
ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinin yüksək səviyyəli və uzunmüddətli beynəlxalq yoxlamalarına razılaşdığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp İran tərəfi bu razılaşmanı qəbul etməsəydi, danışıqların davam etməyəcəyini deyib.
ABŞ lideri bildirib ki, Tehranın bu addımlarından sonra İran limanlarına tətbiq edilən blokadanın ləğvinə razılıq verib. O, həmçinin sanksiyaların aradan qaldırılması və vəsaitlərin İrana ötürülməsi prosesinin Vaşinqtonun nəzarətində olduğunu vurğulayıb.
18:00 23.06.2026
Oxunuş sayı: 47