Meloninin reytinqi Trampla gərginlikdən sonra artdı
İtaliya Baş naziri Corca Meloninin ictimai dəstək reytinqi son günlərdə artım göstərib.
Crossmedia.az xəbər verir ki , Demopolis institutunun apardığı sorğulara görə, Meloninin reytinqi son 48 saat ərzində 38%-dən 40%-ə yüksəlib. Bu artım onun ABŞ Prezidenti Donald Trampla yaşadığı siyasi gərginlik fonunda qeydə alınıb.
Eyni araşdırmaya əsasən, Trampın İtaliyadakı populyarlığı son 18 ayda kəskin şəkildə azalıb. Onun reytinqi 42%-dən 11%-ə düşüb.
17:20 23.06.2026
Oxunuş sayı: 52