Putin: Rusiya Ukraynadakı vəziyyətə görə “xüsusi əməliyyata” məcbur olub
Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın başlanma səbəbləri ilə bağlı açıqlama verib. O, Ukraynada baş verən hadisələri “dövlət çevrilişi” adlandıraraq, bunun nəticəsində ölkədə “anti-Rusiya rejiminin” hakimiyyətə gəldiyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki , Putinin sözlərinə görə, məhz bu hökumət Donbas regionunda hərbi əməliyyatlara başlayıb və dinc əhaliyə qarşı aviasiya, tank və artilleriyadan istifadə edib.
O həmçinin iddia edib ki, Rusiya səkkiz il ərzində münaqişənin sülh yolu ilə həllinə çalışıb. Lakin Ukraynanın Minsk razılaşmalarını yerinə yetirməməsindən sonra Moskva, onun ifadəsinə görə, “rus dünyasının bir hissəsi hesab edən və rus dilini ana dili kimi istifadə edən əhalini qorumaq” üçün hərəkətə keçmək məcburiyyətində qalıb.
16:55 23.06.2026
Oxunuş sayı: 44