Putin: Zelenskinin gizli məqsədini açıqladı
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskiyə “açıq məktubunun” danışıqlar üçün şərait yaratmadığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Putin bu məktubun əksinə, qarşıdurma potensialını artırmağa yönəldiyini iddia edib.
Onun sözlərinə görə, Kiyev mülki infrastruktura pilotsuz uçuş aparatları ilə zərbələr endirməklə Rusiya cəmiyyətində gərginlik yaratmağa çalışır.
Putin həmçinin Qərb ölkələrinin Rusiyaya öz ərazilərindən zərbə endirmək səviyyəsinə çatmadığını, bunun mümkün cavab zərbələri ilə bağlı olduğunu bildirib. V.Putin əlavə edib ki, Rusiya qoşunları hazırda bütün döyüş istiqamətlərində irəliləyir.
17:20 23.06.2026
Oxunuş sayı: 49