Azərbaycanla əməkdaşlığa xüsusi önəm veririk - Özbəkistanlı alim
Biz Azərbaycan-Özbəkistan elmi və mədəni əlaqələrinin inkişafına xüsusi önəm veririk.
Bu fikirləri Ingla International ETC-nin təşkilatçılığı ilə keçirilən Özbəkistan Ali Təhsil Müəssələrinin Üçüncü sərgisinin iştirakçıları üçün təşkil olunan gəzninti zamanı Crossmedia.az-a açıqlamasında Abu Reyhan Biruni Universitetinin əməkdaşı Morifjon Yuldaşov qeyd edib:
"Xalid Səid Xoca Özbəkistanda — Bostanlıq rayonunun Koşkorban kəndində anadan olmuş, bütün elmi fəaliyyətini isə Azərbaycan Elmlər Akademiyasında davam etdirmiş görkəmli bir alimdir. O, 1937-ci ildə repressiya qurbanı olmuş, daha sonra isə həyat yoldaşı da eyni taleyi yaşamışdır.
Bu alim haqqında Azər Turanın yazdığı kitab xüsusi əhəmiyyət daşıyır və hazırda onunla bağlı hazırlanmış ən dəyərli elmi əsərlərdən biri hesab olunur. Həmin kitab Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təqdim edilmişdir.
Mən də bu kitabı Özbək dilinə tərcümə etmiş və təqdimat mərasimində iştirak etmişəm. Təqdimat tədbirinə bir sıra alimlər və dövlət nümayəndələri də qatılmışdır.
Eyni zamanda, universitetimizdə Xalid Səid Xocayevin adını daşıyan muzey və elmi araşdırma mərkəzi fəaliyyət göstərir. Bu mərkəz həm də elmi əməkdaşlıq və tədqiqatların inkişafı üçün mühüm platforma rolunu oynayır.
Biz Azərbaycan-Özbəkistan elmi və mədəni əlaqələrinin inkişafına xüsusi önəm veririk. Azərbaycandan gələn alimləri hər zaman dəvət edir, onların tədqiqat və fəaliyyətlərinə hərtərəfli dəstək göstəririk".
Elmir Heydərli
14:30 25.05.2026
Oxunuş sayı: 83