ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləməyəcək
ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək.
Crossmedia.az xəbər verir ki, buna səbəb amerikalıların Anım Gününü (Memorial Day) qeyd etməsidir.
"Hər il amerikalılar Anım Günündə (Memorial Day) ABŞ Silahlı Qüvvələrində xidmət keçərkən həyatını qurban vermiş qəhrəman qadın və kişiləri ehtiramla yad edirlər. Amerika müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir dövrdə biz azadlıq, sülh və bizi birləşdirən dəyərlər uğrunda canından keçən insanları minnətdarlıqla xatırlayırıq. Onların fədakarlığı heç vaxt unudulmayacaq. Nəzərinizə çatdırırıq ki, ABŞ səfirliyi bayram münasibətilə mayın 25-i, bazar ertəsi günü bağlı olacaq", - səfirliyin paylaşımında vurğulanıb.
Xatırladaq ki, Memorial Day (Anım Günü) ABŞ-də hərbi xidmət zamanı həyatını itirən kişilərin və qadınların xatirəsinə həsr edilmiş və may ayının son bazar ertəsi günü keçirilən Amerika bayramıdır.
Bir çox amerikalılar Memorial Gününü qəbiristanlıqları və abidələri ziyarət edir, ailələri ilə birgə toplaşaraq paradlarda iştirak etməklə qeyd edirlər. Amerika Birləşmiş Ştatlarının şəhərləri hər il tez-tez hərbi heyətin və veteran təşkilatlarının birgə iştirakı ilə Anım Gününün şərəfinə paradlar keçirirlər.
Ən böyük paradlar Çikaqo, Nyu-York və Vaşinqton şəhərlərində təşkil edilir. Həmçinin bir çox insanlar bayram vaxtı yayın qeyri-rəsmi açılışını qeyd etmək üçün barbekyu hazırlayırlar.
12:40 25.05.2026
Oxunuş sayı: 42